Yarısı Bakının…
29 noyabr 2012 11:02 (UTC +04:00)

Yarısı Bakının…

Lent.az-ın məlumatına görə, növbəti mərhələyə son 3 vəsiqəyə Bakının “Rəvan” və “İnter”, eləcə də Zaqatalanın “Simurq” klubları sahib olub.

“Rəvan” I divizion təmsilçisi “Neftçala”nı çətinliklə yenib – 2:1. 33-cü dəqiqədə Samir Abdulovun qolundan sonra hesabda geri düşən paytaxt komandasının bərabərlik qolunu 41-ci dəqiqədə Orxan Lalayev vurub. “Rəvan”ın qələbə topuna isə 89-cu dəqiqədə Xuan Manuel Varea imza atıb.

“İnter” I divizionun daha bir təmsilçisi MOİK-i darmadağın edib – 3:0. 22-ci dəqiqədə İbrahima Niasse hesabı açıb. 35-ci dəqiqədə Nizami Hacıyev növbəti qolu vurub. 56-cı dəqiqədə isə Asif Məmmədov oyunda son nöqtəni qoyub.

Nəhayət, “Simurq” paytaxtın AZAL komandasını üstələyib – 1:0. Yeganə topun müəllifi 25-ci dəqiqədə Ruslan Poladov olub.

Daha öncə “Neftçi”, “Bakı”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” növbəti mərhələyə yüksəlib. Ümumiyyətlə, ¼ finala yüksələn 8 komandanın yarısı paytaxtı təmsil edir. Onlardan ən azı 1-inin isə yarımfinala çıxacağı dəqiqdir:

“Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
“Qəbələ” – “Qarabağ” (Ağdam)
“Bakı” – “İnter” (Bakı)
“Rəvan” (Bakı) – “Xəzər Lənkəran”

Qeyd edək ki, ilk oyunlar 2013-cü il fevralın 27-də, cavab qarşılaşmaları isə martın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar