Bakıda dənizin içində möhtəşəm akademiya tikiləcək – EKSKLÜZİV  - YENİLƏNİB
28 noyabr 2012 11:39 (UTC +04:00)

Bakıda dənizin içində möhtəşəm akademiya tikiləcək – EKSKLÜZİV - YENİLƏNİB

Yaxın illərdə Bakıda möhtəşəm Şahmat Akademiyasının inşası planlaşdırılır. Lent.az-ın məlumatına görə, akademiya Dənizkənarı Bulvar ərazisində, dənizin içinə doğru atılmış körpülər üzərində tikiləcək. Akademiya qeyri-adi görünüşdə tikiləcək və dünyanın nadir tikinti incilərindən biri olacaq.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qurumun 83-cü konqresindəki hesabat xarakterli çıxışında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Şahmat Akademiyasının paytaxtın ən görkəmli yerlərindən birində inşasına dair razılıq əldə olunub.

Layihəni hazırlayan şirkətin rəsmi saytında Şahmat Akademiyasının görünüşü və quruluşu barədə məlumat yerləşdirilib. Lent.az-ın şirkətin saytına istinadən verdiyi məlumata görə, akademiyanın dizaynı qeyri-adi formada işlənilib. Əsas girişindən sonra çoxfunksiyalı zal görünür. Burada müxtəlif şahmat turnirləri, sərgilər keçirmək olar. Şahmat Federasiyası və Şahmat məktəbi isə binanın yuxarı hissələrində “Spiral” adlanan bölmədə yerləşdiriləcək. Bundan başqa, kompleksdə lüks otel, kiçik şəlalə və gölməçə də olacaq. Binanın fasadı isə LED ekranla tamamlanacaq.

Lent.az akademiyanın bəzi layihə fotolarını təqdim edir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6882

Oxşar yazılar