UEFA “Şaxtyor”un futbolçusunu cəzalandırdı
0
0
UEFA İntizam Komitəsi Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Luis Adrianonu cəzalandırıb. Lent.az-ın məlumatına görə, braziliyalı hücumçu Danimarka “Nordşelland”ı ilə Çempionlar Liqası matçında “fair-play” prinsipini pozduğu üçün 1 matçlıq diskvalifikasiya olunub.
O, sonuncu turda İtaliya “Yuventus”una qarşı ev oyununu buraxmalı olacaq. Eyni zamanda “sambaçı” bir gününü futbol ictimaiyyətinin xidmətində keçirəcək.
Qeyd edək ki, Luis Adriano “Nordşelland”la görüşün 26-cı dəqiqəsində topu rəqibə vermək əvəzinə qapıçı ilə təkbətək çıxıb və qol vurub. Görüş “Şaxtyor”un qələbəsi ilə nəticələnib. “Yuventus”la qarşılaşma dekabrın 5-də Ukraynanın Donetsk şəhərindəki “Donbass Arena”da baş tutacaq.