SOCAR Vüqar Həşimovun müalicəsinə 35 min avro ödəyib
27 noyabr 2012 12:13 (UTC +04:00)

SOCAR Vüqar Həşimovun müalicəsinə 35 min avro ödəyib

Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, hazırda qrossmeysterimiz Almaniyanın Hamburq şəhərində müalicəsini davam etdirir: “Vüqara dövlət tərəfindən köməklik göstərilir. Həşimov əvvəlcə İsveçrədə xəstəxanada müalicə alırdı. Onun 35 min avroluq ilkin müalicə xərclərini SOCAR ödəyib. Hazırda isə Həşimov Hamburqda daha təcrübəli həkimlər tərəfindən müalicə olunur. Onun müalicəsi dövlət tərəfindən tam maliyyələşəcək”.


Qeyd edək ki, bir müddət öncə Azərbaycan şahmat yığmasının kapitanı Vladimir Tukmakov Vüqar Həşimovun vəziyyətinin yaxşı olmadığını, onun hətta idmançı karyerasını bitirmə ehtimalının olduğunu açıqlayıb. Həşimov indiyədək komandalararası Avropa çempionu, həmçinin “Qran-pri” və digər yarışların qalibi və mükafatçısı olub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3320

Oxşar yazılar