Yalnız qələbə
“Bakı” klubunun Topaz Premyer Liqasının XIV turunda “Neftçi” ilə keçirəcəyi oyun üçün hədəfi müəyyənləşib. Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev Lent.az-a açıqlamasında yalnız qələbə məqsədi ilə meydana çıxacaqlarını bildirib.
Onun sözlərinə görə, artıq bu barədə komanda ilə söhbət də olub: “Komandamız bu oyuna ciddi hazırlaşıb. Futbolçular “Neftçi” üzərində qələbəyə kökləniblər. Onlar başqa nəticə barədə düşünmürlər”.
Mehdiyev heyətdə kosta-rikalı hücumçu Uinston Parksdan başqa itkinin olmadığını da əlavə edib. O, bir müddət öncə Türkiyənin İstanbul şəhərində əməliyyat olunmuş Parksın ilin sonunadək oynamayacağını açıqlayıb.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək “Bakı” – “Neftçi” matçı saat 14:20-də başlanacaq. Oyunu futzal üzrə FİFA referisi Elçin Məmmədov idarə edəcək.

835