“Belə bir insidentin Bakıda da baş verəcəyinə ümid etmirəm” - FOTO
“Sabahkı oyuna ciddi hazırlaşmışıq”. Lent.az-ın məlumatına görə, bunu Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandr Mitroviç noyabrın 22-də “Neftçi” ilə Bakıda keçirəcəkləri Avropa Liqasının V tur matçı öncəsi mətbuat konfransında deyib.
Belqraddakı ilk qarşılaşma 0:0 hesablı heç-heçə ilə nəticələnib. Mitroviç həmin oyundan sonra “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum edib. Lakin o, mətbuat konfransında həmin olay barədə danışmaq istəməyib: “Stamenkoviçlə bağlı olay dəqiq yadımda deyil. Ümumiyyətlə, həmin oyun ətrafında təzyiqlər çox idi. Ona görə də baş verənləri xatırlamıram. Amma sabahkı matçda belə bir halın baş verəcəyinə ümid etmirəm. Həmin olayla bağlı çox danışmaq istəmirəm”.
Qeyd edək ki, Aleksandr Mitroviç mətbuat konfransı boyunca bir yerdə durmayaraq, yerində yırğalanıb. Bununla bağlı suala cavabında Mitroviç bildirib ki, bu, əsəbi olması ilə bağlı deyil.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Qarabağ" FİNALDA
23 aprel 2025 , 19:05
Müller gələcəyi haqqında DANIŞDI
23 aprel 2025 , 17:56
"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini gözləyir
23 aprel 2025 , 14:19
Hakim itə qırmızı vərəqə göstərdi - VİDEO
23 aprel 2025 , 11:59
Həbib Nurməhəmmədov yarış üçün Bakıya gəlir
23 aprel 2025 , 10:35
Dünya futbolunun əfsanəsi Çempionlar Liqasının favoritini AÇIQLADI
22 aprel 2025 , 19:07
Postecoglu “Tottenhem”də antirekordları təkrarlamağa yaxındır
22 aprel 2025 , 17:44