Çempionlar Liqası: “Qalatasaray” “qırmızı şeytanlar”a qarşı
20 noyabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Qalatasaray” “qırmızı şeytanlar”a qarşı

Lent.az-ın məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu “Türk Telekom Arena”da İngiltərə “Mançester Yunayted”ini qəbul edəcək.

Artıq “qırmızı şeytanlar” H qrupunun lideri kimi 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin ediblər. 12 xala malik baş məşqçi Aleks Ferqyusonun komandası ilə müqayisədə “sarı-qırmızılar” cəmi 4 xala malikdir. “Cim-Bom” eyni xalı olan Rumıniya ÇFR-i ilə birgə 2-3-cü yerləri bölüşdürür.

“Qalatasaray”la “Mançester Yunayted” arasındakı ilk görüşdə İngiltərə təmsilçisi minimal hesabla qalib gəlib – 1:0. Amma həmin heyətdən xeyli futbolçu İstanbula gətirilməyib. Bu isə baş məşqçi Fatih Terimin komandasına əlavə üstünlük verir. Lakin Türkiyə Superliqasının ötən turunda “Cim-Bom” evdə “Karabükspor”a 1:3 hesabı ilə uduzaraq, yenə uğursuzluğa düçar olacağına dair müəyyən şübhələr yaradır. Terim “qırmızı şeytanlar”la oyunda həmin heyətdən 2 futbolçunu dəyişəcəyini deyib. Lakin o, həmin oyunçuların adlarını açıqlamayıb. 59 yaşlı mütəxəssis rəqibin aparıcı futbolçularını gətirməməsini özləri üçün üstünlük saymayıb: “Dünyanın ən yaxşı komandalarından birinə, dünyanın ən çox hörmət bəslənilən baş məşqçisinə qarşı oynayacağıq. Rəqibimizin heyətində 40 oyunçu var və zaman-zaman rotasiya edirlər. Biz kimin necə oynayacağına qərar verə bilmərik. Sadəcə, “Mançester Yunayted”lə oynayırıq, məsələyə belə yanaşırıq”.

E qrupu

23:45. “Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
“Nordşelland” (Danimarka) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Antoni Qotye (Fransa)

F qrupu

BATE (Belarus) – “Lill” (Fransa)
Baş hakim: Mario Straxonya (Xorvatiya)

“Valensiya” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Hovard Uebb (İngiltərə)

G qrupu

“Spartak” (Moskva, Rusiya) – “Barselona” (İspaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)

“Benfika” (Portuqaliya) – “Seltik” (Şotlandiya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)

H qrupu

“Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

ÇFR (Rumıniya) – “Braqa” (Portuqaliya)
Baş hakim: Sergey Karasyov (Rusiya)

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq BATE – “Lill” və “Spartak” – “Barselona” matçları istisna olmaqla, digər oyunların start fiti saat 23:45-də çalınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar