“Neftçi” və Böyükağa Hacıyev cəzalandırıldı
Lent.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Hacıyev Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt”la matçın 35-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə kəsilib.
“Simurq”la görüşün 62-ci dəqiqəsində isə “Qarabağ”ın zədəli kapitanı Rəşad Sadıqov hakimin qərarına etiraz edib. Bu səbəbdən, Sadıqov texniki zonadan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə tətbiq olunub.
Nəhayət, “Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat ziyana düşüb.
Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı”, Rəşad Sadıqov isə “Turan”la növbəti tur qarşılaşmalarında meydana daxil ola bilməyəcəklər.

1687