“İnter”in futbolçusu “Simurq”la oyun haqda “Öncədən məlumdur” dedi
20 noyabr 2012 12:54 (UTC +04:00)

“İnter”in futbolçusu “Simurq”la oyun haqda “Öncədən məlumdur” dedi

Bakının “İnter” klubunun futbolçusu Asif Məmmədov Topaz Premyer Liqasının XIV turunda “Simurq”la keçirəcəkləri oyun barədə danışıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Zaqatalada çətin oyuna çıxacaqlarını bildirib.

Məmmədov deyib: “Bizi çox çətin matç gözləyir. Səfərdə çempionatın liderlərindən biri ilə oynayacağıq. Öncədən məlumdur ki, bizə asan olmayacaq”.

Qeyd edək ki, futbol ictimaiyyəti arasında “Simurq”la “İnter” “qardaş klublar” adlandırılır. Bu komandaların üz-üzə gəldiyi qarşılaşmalarda Zaqatala təmsilçisi heç vaxt qalib gəlməyib. Əksər oyunlar paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb. 13 turdan sonra ehtiyatda 1 oyunu olan “İnter” 23 xalla 1-ci, “Simurq” isə 20 xalla 3-cü yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552

Oxşar yazılar