Bekhem “Los Anceles Qalaksi”ni tərk edir
20 noyabr 2012 10:39 (UTC +04:00)

Bekhem “Los Anceles Qalaksi”ni tərk edir

Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem ABŞ-ın “Los-Anceles Qalaksi” klubunu tərk edəcəyini açıqlayıb. Lent.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi hazırkı komandasında son matçını dekabrın 1-də keçirəcək.

Həmin gün “Los-Anceles Qalaksi” MLS Liqasının finalında “Hyuston Dinamo” ilə üz-üzə gələcək. Bekhem hələ karyerasını bitirmək istəmədiyini vurğulayıb. Lakin o, gələcəkdə harada çıxış edəcəyini də deməyib. Əvvəllər təcrübəli futbolçunun Avstraliya klubu ilə müqavilə bağlamasının mümkünlüyünə dair mətbuatda xəbərlər verilib.

Bekhem son zamanlar ABŞ-da futbolun populyarlığının artmasından şad olduğunu söyləyib. O, bildirib ki, karyerasını başa vurduqdan sonra MLS-lə əməkdaşlığı davam etdirə bilər. Lakin ulduz futbolçu bu barədə ətraflı danışmayıb.

Qeyd edək ki, Devid Bekhem 2007-ci ildən “Los-Anceles Qalaksi”də çıxış edir. O, komanda ilə 3 dəfə MLS-in finalınadək irəliləsə də, yalnız 2011-ci ildə qalib olub. İngiltərəli futbolçu Kaliforniya komandasında 98 oyuna 18 qol vurub. Bekhem 2009 və 2010-cu illərdə icarə əsasında İtaliya “Milan”ının şərəfini qoruyub. Bu ilin yanvarında futbolçunun Fransa PSJ-sinə keçməyə yaxın olduğu bildirilirdi, lakin o, klubu ilə müqaviləsini uzatmağa üstünlük verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar