Andrey Şevçenko vaxt istədi
13 noyabr 2012 17:21 (UTC +04:00)

Andrey Şevçenko vaxt istədi

Lent.az-ın məlumatına görə, Şevçenko bu təklifin hazırda Ukrayna Futbol Federasiyasına (UFF) rəhbərlik edən Anatoli Konkovdan gəldiyini söyləyib.

O, belə məsuliyyətli və şərəfli vəzifəyə layiqli namizəd sayılmasından məmnunluq ifadə edib. Lakin sabiq hücumçu 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki mübarizənin gərgin vaxtında məsələnin ciddiliyini anlayıb. Ona görə də Şevçenko düşünmək üçün vaxt istəyib: “Təklifə cavabımı ən yaxın müddətdə açıqlayacağam”.

Qeyd edək ki, Ukrayna milli komandasının sabiq kapitanı 2012-ci il Avropa çempionatından sonra karyerasını başa vurub. O, yığmada 109 oyuna 48 qol vurub. UFF prezidenti Anatoli Konkov vaxtilə Bakı “İnter”inin baş məşqçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar