ŞOK! Azərbaycan Premyer Liqasında qiyamət günü qərarı
Lent.az-ın məlumatına görə, çempionatın təqvimində XVIII turun oyunlarının dekabrın 20-də və 22-də keçiriləcəyi göstərilib. El arasında “qiyamət günü” kimi göstərilən 21 dekabra oyunun salınmaması müəyyən şübhələrə yol açıb. Ehtimal olunur ki, çempionatın təşkilatçısı Təşkilatçı Peşəkar Futbol Liqasının həmin gün hər hansı hadisənin baş verməsindən ehtiyatlanıb. Lakin PFL prezidenti Ramin Musayev Lent.az-a açıqlamasında narahatlığa heç bir əsasın olmadığını bildirib. Onun sözlərinə görə, bu, tam təsadüfi bir haldır: “21 dekabra oyunun salınmaması dünyanın dağılacağı xəbərləri ilə bağlı deyil. Əlbəttə, hər şey Allahın əlindədir. Amma həmin gün oyunun olmaması sırf təsadüf ola bilər”.
Musayev, həmçinin dekabrın 21-də PFL əməkdaşları ilə jurnalistlər arasında yoldaşlıq görüşünün keçirilməsini təklif edib.
Qeyd edək ki, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində dekabrın 20-də “Sumqayıt” “Kəpəz”i, “Simurq” “Rəvan”ı, “Turan” “Qəbələ”ni, “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul edəcək. Dekabrın 22-də isə “Neftçi” AZAL-ı, “İnter” “Bakı”nı qəbul edəcək. Bu oyunlardan sonra milli çempionatda fevralın 11-dək fasilə elan olunacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50