Qadın idmançı kişi çıxdı
12 noyabr 2012 19:56 (UTC +04:00)

Qadın idmançı kişi çıxdı

Hindistanın Qərbi Benqaliya ştatının məhkəməsi Cənubi Asiya Oyunlarının 3 qat qalibi Pinki Pramaniki kişi sayıb. Lent.az-ın “NDTV”yə istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı indiyədək qaçış yarışlarına qadın atlet kimi qatılıb.

Lakin onun fırıldağının üstü iyunda rəfiqəsi Anamika Açarya tərəfindən məhkəməyə verildikdən sonra açılıb. Açarya iddia ərizəsində bildirib ki, əslində kişi olan Pramarik onu zorlayıb. Onlar hətta bir neçə il birgə yaşayıblar. Pramanik bir müddət həbsdə qalıb, lakin 25 gündən sonra girov qarşılığında azadlığa buraxılıb. Həmin vaxt hindistanlı atletin cinsini müəyyənləşdirmək üçün xüsusi komissiya yığışıb. Noyabrın 12-də komissiyanın hesabatı açıqlanıb. Sənəddə bildirilib ki, Pramanik kişidir. Yaxın günlərdə o, zorlama ittihamı ilə məhkəmə qarşısında duracaq.

Qeyd edək ki, Pinki Pramarik Cənubi Asiya Oyunlarında 2006-cı ildə 400 metr və 800 metr məsafələrə qaçış üzrə 3 qızıl medal qazanıb. Habelə onun hesabında Asiya Oyunlarının 1 qızıl medalı və 2006-cı il Həmrəylik Oyunlarında 1 gümüş medal var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3136

Oxşar yazılar