Taekvondoçularımızdan tarixi uğur
12 noyabr 2012 14:03 (UTC +04:00)

Taekvondoçularımızdan tarixi uğur

Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komandamız Lozannada Olimpiya çəki dərəcələrində keçirilmiş turniri 1 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar.

Bu nəticə ilə ölkəmiz kişilərin yarışında ümumi hesabda 1-ci yeri tutub. Lozannada 80 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Bu döyüşdə Elvin Məmmədova qalib gələn Ramin Əzizov yarışın baş mükafatına layiq görülüb. Digər gümüş medal Fariz Əliyevin (68 kq) aktivindədir. 3-cü pilləni isə Günay Ağakişiyevaya (57 kq) tutub.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları A kateqoriyalı turnirlərdə kişilər arasında ilk dəfə belə yüksək nəticə göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1402

Oxşar yazılar