Güləşçilərimiz Avropa Mİllətlər Kubokunun finalında
Rusiya paytaxtında sərbəst və Yunan-Roma güləş növü üzrə Avropa Millətlər Kuboku yarışları keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Yunan-Roma güləş növü üzrə yarışan Azərbaycan güləşçiləri finala vəsiqə qazanıblar. Ukrayna və Ermənistan güləşçilərini udaraq finala vəsiqə qazanan Azərbaycan millisinin rəqibi Bolqarıstan və Macarıstan komandalarını mübarizədən kənarlaşdıran Rusiya olub.
Azərbaycan yığması ilk görüşünü Ukrayna güləşçiləri ilə keçirib və 4:3 qələbə qazanıb. Daha sonra isə Ermənistan yığması ilə qarşılaşan güləşçilərimiz onları darmadağın ediblər. Hesab 6:1 Azərbaycan yığmasının xeyrinə nəticələnib.
Final görüşləri bu gün “Lujniki” idman arenasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığmasının tərkibində Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıblar.

1435