Azərbaycan millisində daha bir şok itki
Lent.az-ın məlumatına görə, yığmamızın aparıcı üzvlərindən sayılan Mahir Şükürov zədəli olduğu üçün Belfasta aparılmayacaq. Şükürov “Neftçi”nin Rusiya “Rubin”inə qarşı noyabrın 8-də keçirdiyi Avropa Liqası matçında xəsarət alıb. O, 89-cu dəqiqədə meydanı tərk edərək, yerini Elvin Yunuszadəyə verib. Tibbi müayinə nəticəsində sağ cinah müdafiəçisinin zədəsinin ciddi olduğu müəyyənləşib. Bu səbəbdən, təcrübəli futbolçu yığmamızın heyətindən çıxarılıb.
Qeyd edək ki, Mahir Şükürovdan əlavə kapitan Rəşad Sadıqov zədəli, qapıçı Kamran Ağayev isə cəzalı olmaları səbəbindən Şimali İrlandiya ilə qarşılaşmanın hazırlıq prosesinə çağırılmayıblar. Belfast şəhərindəki “Windsor Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

2430