Bakı “İnter”i ilə keçmiş kapitanı arasında qalmaqal
Bakının “İnter” klubu ilə keçmiş futbolçusu, hazırda “Sumqayıt”da kapitan funksiyasını daşıyan Samir Abasov arasında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XII turunda iki komanda arasında keçirilmiş görüşdə paytaxt komandası azarkeşləri ilə təcrübəli müdafiəçi söz savaşına çıxıb.
Bununla bağlı “İnter”in yaydığı bəyanatda bildirilir ki, matçın ikinci hissəsində Abasov azarkeşlərini təhqir etməyə başlayıb: “Təəssüf ki, münaqişə matçdan sonra da davam edib. Ev sahiblərinin kapitanı müsahibələrinin birində 3 il müddətində çıxış etdiyi klubumuz haqqında mənfi fikirlərə yer verib və azarkeşlərimizi təhqir edib. Abasov həm sıralarında çox sayda uşaqların olduğu azarkeşlərimizə, həm də “İnter”ə qarşı hörmətsizlik edib. Halbuki o, məhz bizim komandamızın heyətində ölkə çempionu olub və bir neçə il ərzində “İnter”dən əmək haqqı alıb”.
Paytaxt klubu belə açıqlamaları peşəkar futbolçu üçün yolverilməz sayaraq bildirib ki, bu cür “küçə söyüşləri” ilə Abasov nəinki “İnter”ə, həm də Azərbaycanın bütün futbol ictimaiyyətinə qarşı hörmətsizliyini nümayiş etdirib. “İnter” rəhbərliyi “Sumqayıt”dakı həmkarlarından kapitan haqqında ölçü götürməsini xahiş, Abasovdan isə azarkeşlərdən üzr istəməsini tələb edib.

971