Çempionlar Liqası: Növbəti mərhələyə ilk vəsiqələrin sahibləri məlum oldu
07 noyabr 2012 02:28 (UTC +04:00)

Çempionlar Liqası: Növbəti mərhələyə ilk vəsiqələrin sahibləri məlum oldu

Futbol üzrə Çempionlar Liqasında IV turun ilk oyun günündə 1/8 finala vəsiqəni təmin etmiş ilk 2 komanda müəyyənləşib. Lent.az-ın məlumatına görə, bunlar Portuqaliya “Portu”su ilə İspaniya “Malaqa”sıdır.

Oyunların nəticələrini diqqətinizə çatdırırıq.

«A» qrupu
PSJ (Fransa) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 4:0

Qollar: Aleks, 16 (1:0), Matiudi, 61 (2:0), Menez, 65 (3:0), Hoarau, 80 (4:0)

"Dinamo" (Kiyev, Ukrayna) – "Portu" (Portuqaliya) - 0:0

«B» qrupu
"Olimpiakos" (Yunanıstan) – "Monpelye" (Fransa) - 3:1
Qollar: Maçado, 4 (1:0), Belhanda, 67-pen (1:1), Qreko, 80 (2:1), Mitroglou, 82 (3:1)

"Şalke" (Almaniya) – "Arsenal" (İngiltərə) - 2:2
Qollar: Uolkot, 18 (0:1), Jiru, 26 (0:2), Huntelar, 45 (1:2), Farfan, 67 (2:2)

«C» qrupu
"Milan" (İtaliya) – "Malaqa" (İspaniya) - 1:1

Qollar: Eliseu, 40 (0:1), Pato, 73 (1:1)

"Anderlext" (Belçika) - "Zenit" (Rusiya) - 1:0

Qol: Mbokani, 17 (1:0)
«D» qrupu
"Mançester Siti" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 2:2

Qollar: De Yonq, 10 (0:1), 17 (0:2), Y.Ture, 22 (1:2), Aquero, 74 (2:2)

"Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2
Qollar: Reus, 28 (0:1), Pepe, 34 (1:1), Qötze, 45 (1:2), Özil, 89 (2:2).

Turun qalan görüşləri sabah axşam keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509

Oxşar yazılar