Azərbaycan yığmasında yeni baş məşqçi
05 noyabr 2012 18:17 (UTC +04:00)

Azərbaycan yığmasında yeni baş məşqçi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Arif Əsədovdur.

Əsədov uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Vəli Qasımovu əvəzləyib. O, əvvəllər də bu komandada çalışıb və ikin seçmə mərhələni keçməyi bacarıb.

Qeyd edək ki, Arif Əsədovun son iş yeri 2011-ci ilin yayında istefa verdiyi “Neftçi”də baş məşqçi vəzifəsi olub. Gənc mütəxəssis flaqmanı həmin il Azərbaycan çempionu edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1751

Oxşar yazılar