Topaz Premyer Liqası: Lənkəranda darmadağın, Tovuzda 3 qırmızı vərəqə
Futbol üzrə Topaz Premyer Liqasında II dövrənin ilk turuna yekun vurulub. Lent.az-ın məlumatına görə, XII turun ikinci oyun günündə “Xəzər Lənkəran” və “Qarabağ” evdə qələbə qazanıb.
“Xəzər Lənkəran” “Rəvan”ı darmadağın edib. Yunis Hüseynovun baş məşqçi postunu tərk etməsindən sonra Lənkəran komandasını matça Erik Roketa və Emin Quliyev hazırlayıb. Meydan sahibləri ilk dəqiqələrdən rəqibi təzyiq altında saxlayıblar. Bunun məntiqi nəticəsi kimi fasiləyədək cənublular “Rəvan”ın qapısından 3 cavabsız top keçiriblər. Bu qollardan birinin müəllifi Dmitrios Sialmas fasilədən sonra daha bir dəfə fərqlənib. “Qarabağ” isə AZAL-ın qapısından 2 top keçirib. Hər iki qol ikinci yarıda qısa zaman kəsiyində vurulub.
Bu qələbələrdən sonra “Qarabağ” 3-cü, “Xəzər Lənkəran” 4-cü pilləyə yüksəlib. “İnter”lə “Simurq” isə səfər heç-heçələri sayəsində yenə turu ilk 2 pillədə bərabər xallarla başa vurublar. Paytaxt komandası Sumqayıtda eyniadlı klubun müqavimətini qıra bilməyib. Zaqatala təmsilçisi isə Tovuzda “Turan”a yenilməyib. Bu görüşdə “Simurq”un 3 futbolçusu meydandan qovulub. Baş hakim Anar Salmanov daha 10 oyunçuya sarı vərəqə göstərib. Azlıqda qalmalarına baxmayaraq, qonaqlar 1:1 hesablı heç-heçəni qoruya biliblər.
4 noyabr (bazar)
“Sumqayıt” – “İnter” (Bakı) – 0:0
“Turan” (Tovuz) – “Simurq” (Zaqatala) – 1:1
Qollar: Fərid Quliyev, 79 - Stepan Polyak, 35
Qırmızı vərəqələr: Rasim Ramaldanov, 63 (aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə); Qərib İbrahimov, 80 (hakimi təhqir etdiyinə görə); İlkin Qırtımov, 87 (rəqibi bilərəkdən dirsəklə vurduğuna görə)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov
Tovuz şəhər stadionu
“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 2:0
Qollar: Muarem Muarem, 59. Vaqif Cavadov, 65
“Xəzər Lənkəran” – “Rəvan” (Bakı) – 4:0
Qollar: Adrian Pit, 10. Dmitrios Sialmas, 12; 69. Sadio Tounkara, 33
3 noyabr (şənbə)
“Kəpəz” (Gəncə) – “Bakı” – 0:0
“Qəbələ” – “Neftçi”– 2:1
Qollar: Lurival Rodriges Assis, 31. Dodo, 89 – Nikolas Kanales, 32
Yerinə yetirilməyən penalti: Bruno Da Silva, 90+2 (“Qəbələ”)
1. “İnter” – 20 xal (11 oyuna)
2. “Simurq” – 20
3. “Qarabağ” – 17
4. “Xəzər Lənkəran” – 16 (11)
5. AZAL – 16 (11)
6. “Qəbələ” – 16
7. “Neftçi” – 15 (9)
8. “Turan” – 15
9. “Rəvan” – 13
10. “Sumqayıt” – 13
11. “Bakı” – 10 (10)
12. “Kəpəz” – 9
Bombardirlər: Franko Nildo (AZAL) – 8, Nikolas Kanales (“Neftçi”) – 7.

Oxşar yazılar

İvan Rakitiçə bu komandada vəzifə verildi
20 iyul 2025 , 19:22
Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 , 17:27
Əlvida, Kriştiano: Messi yenə futbol tarixinin ən yaxşı bombardiri oldu
20 iyul 2025 , 15:59
Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
20 iyul 2025 , 13:12
Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00