Topaz Premyer Liqası: Autsayderlərə növbəti “şillə” - FOTO
31 oktyabr 2012 10:49 (UTC +04:00)

Topaz Premyer Liqası: Autsayderlərə növbəti “şillə” - FOTO

Lent.az-ın məlumatına görə, paytaxtda baş tutmuş qarşılaşmalarda meydan sahibləri qələbə qazanıb.

“İnter” məğlub duruma düşdüyü görüşdə “Kəpəz”in qapısından 3 top keçirərək, liderliyi ən azı bir günlük ələ keçirib. Eyni miqdarda – 19 xala malik “Simurq” “bankirlər”ə şəxsi oyundakı məğlubiyyətlə əlaqədar ikinci pilləyə enib. AZAL da “Bakı” ilə matçın əvvəllərində qapısında qol görüb. Lakin Viktor İqbekoi hesabı bərabərləşdirdikdən sonra çempionatın ən məhsuldar oyunçusu Junior Nildo qələbə topunu vurub. Bununla da AZAL 16 xalla 3-cü pilləyə yüksəlib. “Bakı” 9 xalla 11-ci, “Kəpəz” 8 xalla 12-ci pillədə qalıb.

30 oktyabr (çərşənbə axşamı)
“İnter” (Bakı) – “Kəpəz” (Gəncə) – 3:1
Qollar:
İbrahima Niasse, 39; 45. Baçana Tsxadadze, 55 - Elxan Əzizov, 5
AZAL (Bakı) – “Bakı” – 2:1
Qollar:
Viktor Iqbekoyi, 39. Junior Nildo, 76 - Lukas Mario Horvat, 10

Turun qalan oyunları oktyabrın 31-də keçiriləcək:

“Sumqayıt” – “Xəzər Lənkəran”

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Namiq Hüseynov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, İnqilab Məmmədov
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Turan” (Tovuz) – “Rəvan” (Bakı)
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Munis Abdullayev, Feyzulla Feyzullayev
Tovuz şəhər stadionu

“Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Rəhim Həsənov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bütün qarşılaşmalar saat 15:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar