“Real Madrid”dən Falkao üçün 55 milyon avro
18 oktyabr 2012 17:54 (UTC +04:00)

“Real Madrid”dən Falkao üçün 55 milyon avro

Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, “kral klubu” növbəti yay transfer dövründə 26 yaşlı hücumçunun keçidini həyata keçirmək istəyir.

Klub nümayəndələri artıq futbolçunun agenti Jorje Mendeşlə də danışıqlar aparıblar. Agenti Falkaonun çox güman ki, 2013-cü ilin yayında “Atletiko”nu tərk edəcəyini bildirib. Futbolçunun hüquqlarının 50 faizinə malik “Doyen Group” investisiya fondu onu gələn ilin iyununda satmaq istəyir. “Real Madrid”in bu keçidə iki tranşla 55 milyon avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, “Atletiko” rəhbərliyi Radamel Falkao ilə bağlı bütün hüquqlara malik olduğunu iddia edir. Əvvəllər klub prezidenti Enriko Serezo Falkaonun transferi barədə danışmaqdan zəhləsinin getdiyini açıqlayıb. “Real Madrid”in baş məşqçisi Joze Mourinyo isə bu keçidi “qadağan olunmuş mövzu” adlandırıb.
# 1725

Oxşar yazılar