4 futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı
11 oktyabr 2012 11:44 (UTC +04:00)

4 futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı

0
Oktyabrın 16-da Rusiya yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçına çıxacaq Azərbaycan milli komandasının heyətindən 4 futbolçu kənarlaşdırıb. Lent.az-ın məlumatına görə, bunlar Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Ndukadır.

Qərarı Berti Foqts qəbul etsə də, oyunçuların kənarda qalmasının səbəbi açıqlanmayıb. Hacıyev və Əmircanov “İnter”də, Məmmədov “Bakı”da, Nduka isə AZAL-da çıxış edir.

Qeyd edək ki, millimiz hazırlıq prosesini Bakının Bayıl qəsəbəsindəki süni örtüklü stadionda davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar