Zaqatala şəhər stadionunda baş tutmuş qarşılaşmada yeganə topu 64-cü dəqiqədə Marko Bojiç vurub. Bu qələbədən sonra “Simurq” ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 5-ə çatdırıb. Amma 12 xalla 3-4-cü yerləri bölüşdürən AZAL və “İnter”in ehtiyatda bir oyunu var.
Günün daha bir matçında “İnter” səfərdə “Rəvan”a qalib gəlib – 2:0. Qolları Nizami Hacıyevlə Baçana Tsxadadze vurub. Bu, Kemal Alispahiçin “Rəvan”ın baş məşqçisi qismində ikinci oyununda ikinci məğlubiyyəti olub.
“Bakı” 10 nəfərlə qalan “Qəbələ” ilə 1:1, “Kəpəz” isə “Qarabağ”la 0:0 hesablı heç-heçəyə nail olub. “Xəzər Lənkəran” isə ardıcıl 3 məğlubiyyətdən sonra səfərdə AZAL-ı yenib – 2:0
4 oktyabr (cümə axşamı)
“Rəvan” (Bakı) – “İnter” (Bakı) – 0:2
Qollar: Nizami Hacıyev, 27. Baçana Tsxadadze, 61
“Simurq” (Zaqatala) – “Sumqayıt” – 1:0
Qol: Mario Bojiç, 63
“Bakı” – “Qəbələ” – 1:1
Qollar: Aleksandar Şoliç, 59 - Viktor Mendi, 14
Qırmızı vərəqə: Rövşən Əmiraslanov, 43 (“Qəbələ”)
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 0:0
3 oktyabr (çərşənbə)
AZAL (Bakı) – “Xəzər Lənkəran” – 0:2
Qollar: Adrian Skarlatake, 41; 45
Qeyd edək ki, turun “Neftçi” – “Turan” matçı oktyabrın 8-də keçiriləcək.
| komandalar | o | q | h | m | t | x |
1 | Simurq | 8 | 5 | 3 | 0 | 11-2 | 18 |
2 | Qarabağ | 8 | 3 | 4 | 1 | 11-8 | 13 |
3 | AZAL | 7 | 3 | 3 | 1 | 13-7 | 12 |
4 | İnter | 7 | 3 | 3 | 1 | 7-4 | 12 |
5 | Sumqayıt | 8 | 3 | 1 | 4 | 9-16 | 10 |
6 | Qəbələ | 8 | 2 | 3 | 3 | 8-10 | 9 |
7 | Xəzər L | 7 | 2 | 2 | 3 | 9-7 | 8 |
8 | Turan | 7 | 2 | 1 | 4 | 7-11 | 7 |
9 | Kəpəz | 8 | 2 | 1 | 5 | 6-14 | 7 |
10 | Bakı | 6 | 1 | 4 | 1 | 6-5 | 7 |
11 | Neftçi | 4 | 2 | 0 | 2 | 7-5 | 6 |
12 | Rəvan | 8 | 1 | 3 | 4 | 7-12 | 6 |
Bombardir: Franko Nildo (AZAL) – 7.