Mahir Şükürov: “Onlar zəif olsaydılar, “İnter”də çıxış etməzdilər”
03 oktyabr 2012 22:43 (UTC +04:00)

Mahir Şükürov: “Onlar zəif olsaydılar, “İnter”də çıxış etməzdilər”

0
Lent.az-ın məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu Mahir Şükürov İtaliya “İnter”i ilə oktyabrın 4-də keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, bildirib ki, “İnter”in Bakıya gətirdiyi gənc futbolçuların “Neftçi” ilə oyunda zəif təsir bağışlayacaqlarına inanmır. Şükürovun fikrincə, həmin oyunçular səviyyəli olmasaydılar, “İnter”də çıxış etməzdilər.

Digər futbolçu Bruno Bertuççi isə rəqibi ciddi analiz etdiklərini deyib: “Avropanın ən böyük klublarından birinə qarşı oynayırıq. “İnter”i ciddi analiz etmişik. Bizə lazım olan nəticəni qazanacağımıza ümidvaram. Rəqibə hörmətlə yanaşırıq. Öz əlimizdən gələni edərək, maksimum nəticəyə oynamalıyıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1053

Oxşar yazılar