Bir turnirdə 31 milyon dollar mükafat fondu!
02 oktyabr 2012 12:28 (UTC +04:00)

Bir turnirdə 31 milyon dollar mükafat fondu!

0
Lent.az-ın məlumatına görə, bu barədə yarışın təşkilat komitəsindən bildirilib.

Əvvəllər turnirin mükafat fondu 27 milyon dollar təşkil edib. Yeni mükafat fondu isə “Böyük dəbilqə” turnirləri arasında ən yüksəyi olacaq. Əslində builki “Australian Open”in də mükafat fondu Fransanın açıq çempionatından (“Roland Garros”) və “Uimbldon”dan 3 milyon dollar, ABŞ-ın açıq çempionatından (US Open) 5 milyon dollar çox olub.

“Yaşıl qitə”dəkilər tennisçilər tərəfindən boykotun qarşısını almaq üçün mükafatın daha da artırılmasına qərar veriblər. Oyunçular turnirin gəlirlərində öz paylarının, eləcə də erkən mərhələlərdə mübarizəni dayandıranların əmək haqlarının yüksək olmasını istəyirdilər. Məsələn, “Australian Open”də ilk raundda uduzanlar hərəyə 20,8 min dollar, “Roland Garros”da 21,7 min dollar, “Uimbldon” və “US Open”də hərəyə 22,1 min dollar qazanırdılar. Avqustda tennisçilərin çoxunun “Böyük dəbilqə” seriyalı turnirlərdən birincisini boykot etməyə və Dubayda keçirilən alternativ turnirə qatılmağa hazır olduqlarına dair xəbər yayılıb. Avstraliya Tennis Federasiyasının prezidenti Stiv Vud isə tennisçilərin boykotdan əl çəkərək, “Australian Open-2013”ə gələcəklərinə inam ifadə edib.

Qeyd edək ki, gələn il “Böyük dəbilqə” seriyalı ilk turnir 14 – 27 yanvarda Avstraliyada keçiriləcək. Bu il “Australian Open”də fərdi mübarizədə kişilərdən serbiyalı Novak Cokoviç, qadınlardan belaruslu Viktoriya Azarenko qalib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1135

Oxşar yazılar