Yozef Blatter: “Azərbaycan qeyri-adi ölkədir”
02 oktyabr 2012 12:14 (UTC +04:00)

Yozef Blatter: “Azərbaycan qeyri-adi ölkədir”

0
“Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşadək qızlar arasında dünya çempionatı keçiririk. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Orada milli stadionun qarşısında bir abidə ucaldılıb. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədir. Həmin hakim Tofiq Bəhramovdur”. Lent.az-ın məlumatına görə, bunu FİFA prezidenti Yozef Blatter “İTAR-TASS” agentliyi baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusmana müsahibəsində deyib.

Ali futbol qurumunun başçısı əslən bakılı olan Qusmanın Azərbaycandan söhbət açmasını məmnunluqla qarşılayıb: “Bu, mənim lap ürəyimdən oldu. Çünki Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə müsəlman ölkəsində qadınlar arasında çempionat keçiririk. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır – qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyildirlər. Ona görə də bu hadisə çox önəmlidir”.

Blatter bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində onu çempionatın yaxşı təşkil olunması münasibətilə təbrik edib. Onun fikrincə, bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, 17 yaşadək qızlar arasında dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1639

Oxşar yazılar