Nazir yığmamızın çıxışından narazıdır
01 oktyabr 2012 18:47 (UTC +04:00)

Nazir yığmamızın çıxışından narazıdır

0
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının dünya çempionatındakı çıxışına münasibət bildirib. Lent.az-ın məlumatına görə, yığmamızın nəticələrindən narazı qaldığını gizlətməyib.

Lakin onun fikrincə, belə zəif oyunun obyektiv səbəbləri var: “Millimiz dünya çempionatına ev sahibi kimi qoşulub. Çempionat başqa yerdə keçirilsəydi, yəqin ki, bu, mümkün olmayacaqdı. Çünki komandamızın səviyyəsi o qədər də yüksək deyil”.

Nazir dünya çempionatının ölkəmizdə qadın futboluna marağı artırmaq üçün bir imkan kimi dəyərləndirib. Rəhimovun fikrincə, bu mundial təbliğati baxımdan əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında ¼ finala yüksələ bilməyib. Qrup mərhələsinin oyunlarında yığmamız Kolumbiyaya 0:4, Nigeriyaya 0:11, Kanadaya 0:1 hesabı ilə uduzub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1120

Oxşar yazılar