Andrey Şevçenko: “Mən ikidilliyəm”
“Ukrayna irəli” partiyasının seçki siyahısında ikinci yerdə gedən ötənlərin məşhur futbolçusu Andrey Şevçenko dövlət dilini öyrənməyi qərara alıb. Lent.az-ın məlumatına görə, bu barədə Şevçenkonun özü Ukraynanın birinci kanalının efirində açıqlama verib.
“Mən ikidilliyəm” deyən sabiq hücumçu bildirib ki, seçkiqabağı kampaniyada həm rusca, həm də Ukrayna dilində danışmalı olur: “Mən indi Ukrayna dilini öyrənirəm. Bu dil nəinki mənim xoşuma gəlir, həm də doğma dilimdir”.
Şevçenko Ali Radanın yayda qəbul etdiyi “Dil siyasəti haqqında” Qanunu da şərh edib. Bu qanundan sonra rus dilinin Ukraynanın müxtəlif vilayətlərində regional dil statusu kimi tanınmasına start verilib. İtaliya “Milan”ı və Kiyev “Dinamo”sunda ötənlərin ən yaxşı futbolçusu isə bildirib ki, yalnız Ukrayna dili dövlət dili ola bilər: “Mən hesab edirəm ki, ölkəni bölən dil və bir çox digər məsələlərlə bağlı problemlərə moratorium qoymaq lazımdır”.
Əvvəllər Şevçenko mətbuata rusca, ingiliscə və italyanca danışsa da, heç vaxt Ukrayna dilində açıqlama verməyib. O, Avropadan qayıtdıqdan sonra yenidən Kiyev “Dinamo”sunda çıxış edərkən, övladlarının rusca azacıq başa düşdüklərini, əsasən, ingiliscə danışdıqlarını söyləyib. Futbolçu Ukrayna dilini heç yada salmayıb.
Qeyd edək ki, Andrey Şevçenko siyasətə iyuldan girişib. O, Natalya Korolevskayanın “Ukrayna irəli” partiyasına qoşulub və sonradan partiyaya 1 milyon dollar vəsait sərf edib. Son sosial sorğular nəticəsində məlum olub ki, bu partiya oktyabrın 28-də Radaya keçiriləcək seçkilərdə 5 faizlik səddi üstələyə bilmir. Amma seçkiyədək “Ukrayna, irəli” reytinqini yüksəldə və lazımi səviyyəyə çata bilər.

1793