Qalibə Cennifer Lopes mükafatı
26 sentyabr 2012 17:34 (UTC +04:00)

Qalibə Cennifer Lopes mükafatı

Azərbaycanda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatında iştirak edən Meksika milli komandasının ilk turda Yeni Zelandiya üzərində qələbəsindən sonra oyunçulara qeyri-adi mükafat verilib. Lent.az-ın məlumatına görə, bu barədə komandanın futbolçusu Teylor Alvarado açıqlama verib. O bildirib ki, 1:0 hesabı ilə qalib gəldikdən sonra Meksika millisi Cennifer Lopesin “Baku Crystall Hall”da verdiyi konsertə yollanıb. Həm oyun, həm də konsert sentyabrın 23-də olub. Alvarado məşhur müğənni ilə eyni oteldə qaldıqlarını da açıqlayıb.


Qeyd edək ki, Meksika millisi “JW Marriott Absheron Baku Hotel”də məskunlaşıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar