Topaz Premyer Liqasında növbəti dəyişikliklər - SİYAHI
Topaz Premyer Liqasının təqvimində növbəti dəyişikliklər edilib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu qərar 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar verilib.
Dəyişikliklər VII turun 4, VIII turun 1 oyununa şamil edilib. VII turun “Qarabağ” – “Simurq” qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. İlk dövrənin oyunu “Simurq” – “Qarabağ”, ikinci dövrənin oyunu isə “Qarabağ” – “Simurq” kimi qeydə alınır.
“Xəzər Lənkəran” – “Turan” oyunu sentyabrın 29-da Tovuz şəhərində keçiriləcək. İlk dövrənin oyunu “Turan” – “Xəzər Lənkəran”, ikinci dövrənin oyunu “Xəzər Lənkəran” – “Turan” kimi qeydə alınır.
“İnter” – “Neftçi” qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
“Rəvan” – “Kəpəz” oyunu sentyabrın 29-da yox, ertəsi gün olacaq. Bu səbəbdən, VIII turun “Kəpəz” – “Qarabağ” görüşü oktyabrın 3-dən ertəsi günə keçirilib.

1069