Terri də belə getdi…
İngiltərə yığmasının kapitanı Con Terri yığmadan gedəcəyini bildirib. Lent.az-ın məlumatına görə, bu barədə BBC News xəbər yayıb.
Futbolçunun dediyinə görə, bu addamı atmasının səbəbi İngiltərə Futbol Assosiasiyasının onu irqçilikdə günahlandırmasıdır.
Xatırladaq ki, Con Terri “Kuinz Park Reyncers”in qaradərili futbolçusu Enton Ferdinanda qarşı irqçi hərəkətdə ittiham edilirdi. Bundan sonra Terri ictimaiyyətin təpkisi ilə yığmanın kapitanlıq sarğısını belə itirməli olmuşdu. Qalmaqal həm də yığmanın baş məşqçisi Fabio Kapellonun istefasına gətirib çıxarmışdı.
Maraqlıdır ki, Terri hətta məhkəməyə verilib, amma bu ilin iyulunda məhkəmə ona bəraət qazandırıb.
Onu da vurğulayaq ki, Con Terri İngiltərə yığmasını heyətində 78 oyuna çıxıb.

1381