DÇ-2012: İlk görüşlərin hakimləri bəlli oldu
21 sentyabr 2012 18:35 (UTC +04:00)

DÇ-2012: İlk görüşlərin hakimləri bəlli oldu

Sentyabrın 22-də start götürəcək 17 yaşadək futbolçu qızlar arasında dünya çempionatının ilk oyun gününün hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, Azərbaycan yığmasının Kolumbiya ilə görüşünə yaponiyalı referi Etsuko Fukano təyinat alıb.

KXDR və Qambiya arasında baş tutacaq açılış matçı isə italiyalı Karina Vitulanonun başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.

13:00. KXDR - Qambiya
8 KM stadionu
Baş hakim: Karina Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Romina Santuari, Culyana Quarino (hər ikisi - İtaliya)
Dördüncü hakim: Kardella Samuels (Yamayka)

15:00. Fransa - ABŞ
Lənkəran şəhər Mərkəzi stadionu
Baş hakim: Klayuidia Umpierres (Uruqvay)
Baş hakimin köməkçiləri: Nadia Veyler (Paraqvay), Lusiana Maskarana (Uruqvay)
Dördüncü hakim: Aissata Amegi (Toqo)

17:00. Nigeriya - Kanada
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Katerina Monzul (Ukrayna)
Baş hakimin köməkçiləri: Panagiota Kutsumpu, Urania Foskolu (hər ikisi - Yunanıstan)
Dördüncü hakim: Karolina Radzik-Yohan (Polşa)

20:00. Azərbaycan - Kolumbiya
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Etsuko Fukano (Yaponiya)
Baş hakimin köməkçiləri: Çie Ohata (Yaponiya), Mey Hsiu Liu (Çin Taypeyi)
Dördüncü hakim: Finau Vulivuli (Fici)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar