“Barselona”nın daha bir futbolçusu sıradan çıxdı
İspaniyanın “Barselona” klubunun futbolçusu Jerar Pike 2-3 həftəlik sıradan çıxıb. Lent.az-ın məlumatına görə, mərkəz müdafiəçisi Rusiya “Spartak”ı ilə Çempionlar Liqası matçında xəsarət alıb.
25 yaşlı oyunçu 12-ci dəqiqədə zədələnərək, yerini Aleks Sonqa verib. Görüş “Barsa”nın qələbəsi ilə yekunlaşıb – 3:2.
Qeyd edək ki, Jerar Pike oktyabrın 7-də “Barselona”nın “Real Madrid”lə keçirəcəyi İspaniya çempionatı matçını da buraxa bilər. Həmin oyunda digər mərkəz müdafiəçisi və kapitan Karles Puyolun çıxış etməyəcəyi dəqiqdir. Habelə, yarımmüdafiəçi Andres İnyestanın da iştirakı sual altındadır.

1488