Cennifer Lopesdən Azərbaycandakı pərəstişkarlarına mesaj: “Hazırsınızmı?”
20 sentyabr 2012 12:00 (UTC +04:00)

Cennifer Lopesdən Azərbaycandakı pərəstişkarlarına mesaj: “Hazırsınızmı?”

Lent.az-ın məlumatına görə, meqastar öz şəxsi saytında “Bakıda görüşənədək” başlıqlı yazısında həftəsonu Azərbaycan paytaxtında iki böyük gecənin iştirakçısı olacağını vurğulayıb: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Şənbə günü 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimində çıxış edəcəyəm. Dünyanın müxtəlif ölkələrindən güclü, dözümlü qadınların qatıldığı idman hadisəsinin bir hissəsi olmaq mənim üçün şərəfdir. Bazar günü axşam isə “Crystall Hall” arenasında “Dance Again Tour” (Yenidən Rəqs Turu) iştirak edəcəyik. Səbirsizliklə gözləyirəm. Hazırsınızmı?”


Lopes sonda pərəstişkarlarına daha bir sual ünvanlayıb: “Dünya çempionatında kimə azarkeşlik edəcəksiniz? Cennifer”.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tədbir saat 18:30-da başlanacaq. Ertəsi gün Cennifer Lopesin “Crystall Hall”da nəzərdə tutulan konserti isə saat 21:00-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2401

Oxşar yazılar