Azərbaycan Premyer Liqası: 6 oyunun yarısı Sumqayıtda
19 sentyabr 2012 12:38 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: 6 oyunun yarısı Sumqayıtda

Lent.az-ın məlumatına görə, 6 qarşılaşmadan 3-ü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Bu arenadan “Sumqayıt” klubu ilə yanaşı, AZAL və “Xəzər Lənkəran” da ev oyunları üçün yararlanacaq. Bakıda isə heç bir qarşılaşma olmayacaq. Səbəb paytaxt stadionlarının 17 yaşadək qızlar arasında dünya çempionatı iştirakçılarının ixtiyarına verilməsidir. Lənkəran şəhər mərkəzi stadionunda isə dünya çempionatının oyunları olacaq. Ona görə də AZAL və “Xəzər Lənkəran” Sumqayıta üz tutub.

23 sentyabr (bazar)

16:00. AZAL (Bakı) – “İnter” (Bakı)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

16:00. “Turan” (Tovuz) – “Qarabağ” (Ağdam)
Tovuz şəhər stadionu.

24 sentyabr (bazar ertəsi)

18:00. “Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə)
Zaqatala şəhər stadionu.

17:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Qəbələ şəhər stadionu.

17:00. “Sumqayıt” – “Neftçi” (Bakı)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

25 sentyabr (çərşənbə axşamı)

17:00. “Xəzər Lənkəran” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287

Oxşar yazılar