“Neftçi” – “Xəzər Lənkəran” matçında 61 oturacaq qırılıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” ilə “Xəzər Lənkəran” komandaları arasında keçirilmiş oyun zamanı 61 oturacaq qırılıb. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi oturacaqlardan 34-ünü Lənkəran, 27-ni isə Bakı komandası azarkeşlərinin sındırdığını müəyyənləşdirib.
Bu səbəbdən hər iki klub dəymiş zərəri ödəməli olacaq. Ödəniş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu rəhbərliyinin təqdim edəcəyi hesab əsasında aparılacaq. Eyni zamanda, 8-ci dəqiqədə “Neftçi” azarkeşləri meydana kənar əşyalar atıblar. Flaqman buna görə 2 min manat ziyana düşüb. “Xəzər Lənkəran” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib.
Qeyd edək ki, “Turan”la matçda “Bakı”nın da 4 futbolçusu sarı vərəqə alıb. Buna görə də paytaxt klubuna 1000 manat cərimə kəsilib.

1323