Mourinyo  Məsut Özildən narazıdır
18 sentyabr 2012 13:14 (UTC +04:00)

Mourinyo Məsut Özildən narazıdır

İspaniya “Real Madrid”inin baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Məsut Özilin oyunundan son dərəcə narazıdır. Lent.az-ın məlumatına görə, İspaniya mətbuatı portuqaliyalı mütəxəssisin türk əsilli Hamit Altıntop və Nuri Şahinin ardından Özilin də göndərilməsinin mümkünlüyünü yazıb.

Komandanın yeni mövsümdə heç də uğurlu oyun sərgiləməməsində günahkar qismində Almaniya yığmasının oyunçusu göstərilir. Xəbərlərdə bildirilir ki, Özil zəif çıxışlarını davam etdirəcəyi halda, mövsümün sonunda göndərilənlər siyahısının başında olacaq. “Marca” qəzetinin yazdığına görə, Məsut məşqlərdə ehtiyat oyunçularla birgə çalışır. Növbəti turda Mourinyonun əsas heyətdə yeni transfer Luka Modriçə yer verməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, “Real Madrid” İspaniya çempionatının ilk 4 turunda 1 qələbə qazandığı halda, meydanı 1 heç-heçə, 2 məğlubiyyətlə tərk edib. Hazırda 4 xalla 12-ci pillədə olan “kral klubu” növbəti turda səfərdə “Rayo Valyekano” ilə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663

Oxşar yazılar