Məhəmməd Əliyə Azadlıq Medalı verildi
14 sentyabr 2012 19:27 (UTC +04:00)

Məhəmməd Əliyə Azadlıq Medalı verildi

Lent.az-ın məlumatına görə, Əlini bu mükafata Milli Konstitusiya Mərkəzi (MKM) adlı qeyri-kommersiya təşkilatı layiq görüb.

Təşkilatın rəsmi açıqlamasında o, təkcə dahi idmançı deyil, dünya səfiri, vətəndaş hüquqları uğrunda mübariz və filantrop kimi göstərilib. MKM-in qəyyumlar şurasının sədri Bill Klinton deyib ki, Əli ABŞ Konstitusiyasının bütün ideallarının – azadlıq, müstəqillik, bərabərlik və öz gücünə inamın ifadəsidir.

İdmançı karyerasını başa vurduqdan sonra Əlinin Əfqanıstan, İraq, Livan və KXDR-də xoşməramlı səfir kimi iştirak etdiyi, ABŞ girovlarının azad olunması ilə bağlı danışıqlara qatıldığı da vurğulanıb. Onun xeyriyyəçilik fəaliyyəti, o cümlədən, ağır xəstələrə və aztəminatlı ailələrə kömək sayəsində xidmətləri qeyd olunub.

Qeyd edək ki, Məhəmməd Əli 2005-ci ildə Corc Buşun əlindən Prezidentin Azadlıq Medalı da alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar