Binədə yeni stadion istifadəyə verilib
0
0
Sentyabrın 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion istifadəyə verilib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirilib ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcək. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarının oyunları keçiriləcək.
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban Əliyeva onlarla səmimi söhbət edib.
Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olunub.
Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atıb. Sonra futbolçu qadınlarla xatirə şəkli çəkdirilib.
Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban Əliyevaya məlumat verilib ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.
Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.

Oxşar yazılar

“İnter”in müdafiəçisi Acerbinin həyat yoldaşının çimərlik paltarında FOTOLARI
5 sentyabr 2025 , 14:42
“Mançester Yunayted”in titul qazanmaq şansı “Tottenhem”dən altı dəfə azdır - YENİ PROQNOZ
5 sentyabr 2025 , 11:09
“Real”ın oyunçusu Vinisius braziliyalı teleaparıcı ilə görüşür
5 sentyabr 2025 , 09:35
Almaniya Slovakiyaya uduzdu, İspaniya qələbə qazandı
5 sentyabr 2025 , 01:45
Türkiyə millisi səfərdə Gürcüstana qalib gəldi
4 sentyabr 2025 , 22:29
İki cüdoçumuz Avropa çempionu oldu
4 sentyabr 2025 , 21:14
Azarkeşdən “Liverpul” forması üçün dünya rekordu: kolleksiyası meydançanın üçdə birini tutur
4 sentyabr 2025 , 15:29