
Nigar Camal və Harri Kasparov “Azərbaycan Günü”ndə
Sentyabrın 7-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan günü” keçirilib. Lent.az-ın bu ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “Polat Renaissance” otelinin “Daphne” restoranında baş tutub. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, nazirlik və federasiya rəsmiləri ilə yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İllümjinov, məşhur bakılı şahmatçı Harri Kasparov, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal, müxtəlif ölkələrin şahmat qurumlarının rəsmiləri və digər qonaqlar qatılıblar. Onlar Azərbaycan və türk mətbəxinin yeməklərindən dadıblar və ölkəmizin müxtəlif sahələrdə, o cümlədən, mədəniyyət və idman sahəsindəki uğurlarından bəhs edən fotostendlərə, videoçarxlara tamaşa ediblər.
Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı 2016-cı il Şahmat Olimpiadasına namizədlik uğrunda mübarizədə azərbaycanlı həmkarlarına uğurlar arzulayıb. Rəhimov isə sentyabrın 8-də keçiriləcək seçkidə qalib olacaqları halda, olimpiadanı ən yüksək səviyyədə təşkil edəcəklərinə söz verib.
Elşən MƏMMƏDOV
Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı 2016-cı il Şahmat Olimpiadasına namizədlik uğrunda mübarizədə azərbaycanlı həmkarlarına uğurlar arzulayıb. Rəhimov isə sentyabrın 8-də keçiriləcək seçkidə qalib olacaqları halda, olimpiadanı ən yüksək səviyyədə təşkil edəcəklərinə söz verib.
Elşən MƏMMƏDOV
Oxşar yazılar

Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 , 17:23
"Barselona" bu futbolçuya 9 milyon avro maaş verəcək
21 avqust 2025 , 15:41
Klub onu satmaqdan imtina etdi: futbolçu analıq məzuniyyətinə çıxmaq niyyətindədir
21 avqust 2025 , 11:37
Soyunub-geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular
21 avqust 2025 , 09:32
Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 , 06:52
Qadın güləşçimiz dünya çempionatının finalında
21 avqust 2025 , 05:22
Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 , 01:03