
“Real” “Barselona”nı məğlub edib, kubok qazandı - FOTO
Avqustun 30-na keçən gecə İspaniya superkubokunun yeni sahibi məlum olub. Lent.az-ın məlumatına görə, Madrid “Real”ı əzəli rəqibi olan “Barselona”nı məğlub edərək 9-cu dəfə kuboka sahib olub. İlk oyunda səfərdə 2:3 hesabı ilə məğlub olan Joze Mourinyonun komandası cavab görüşünə sürətli başlayıb. İlk hissədə əvvəlcə İquayin, sonra isə Kriştiano Ronaldo qol vurub. Adrianonun qırmızı vərəqə alması ilə azlıqda qalan “Barselona” hesab arasındakı fərqi azaldıb. Bu dəfə də qolu vuran futbolçu Messi olub. Oyun elə 2:1 hesabı ilə başa çatıb. Səfər oyununda daha çox qol vuran kral klubu ümumi hesab 4:4 olsa da, kuboku qazanıb.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23