Məşhur velosipedçi barədə şok qərar
25 avqust 2012 14:10 (UTC +04:00)

Məşhur velosipedçi barədə şok qərar

ABŞ Anti-Dopinq Agentliyi (USADA) dopinq qəbul etdiyini əsas gətirərək məşhur velosipedçi Lance Armstronqun 1998-ci ildən bəri qazandığı bütün çempionluqları əlindən alıb.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, idmançının 1999-2005-ci illərdə Fransa Velosiped Turunda qazandığı 7 çempionluq da silinib.

Üstəlik, Lance Armstronqun bundan sonra velosiped yarışlarında iştirakına ömürlük qadağa qoyulub.

Qeyd edək ki, USADA 1999-cu ildən nəzarətə götürdüyü Lance Armstronqun qabiliyyət artıran dərmanlardan yararlandığını iddia edib. İdmançı bu ittihamların dayandırılması üçün federal məhkəməyə üz tutsa da, bunun qarşısını ala bilməyib. 40 yaşlı Lance Armstronq keçən il velosiped idmanı karyerinə son qoyub. USADA isə idmançının bu qərarının dopinqdən istifadə etməsinə dair bir etiraf olduğunu iddia etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar