“Barselona” - “Real Madrid” matçında 35 dəqiqəyə 5 qol
“Barselona” klubu futbol üzrə İspaniya Superkuboku uğrunda ilk matçda “Real Madrid”i məğlub edib. Lent.az-ın məlumatına görə, əzəli rəqiblərin “Nou Kamp”da keçirilmiş qarşılaşması Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Bütün qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə Kriştianu Ronaldu künc zərbəsindən sonra qonaqları önə keçirib. Lakin 1 dəqiqə sonra Pedro Rodriges bərabərlik yaradıb. 70-ci dəqiqədə Lionel Messi penaltidən “Barsa”nı irəli çıxarıb. 78-ci dəqiqədə Xavi Ernandes fərqi artırıb. 85-ci dəqiqədə isə “Real Madrid”in oyunçusu Anxel Di Mariya yekun nöqtəni qoyub. Cavab görüşü avqustun 29-da “Santyaqo Bernabeu” stadionunda olacaq.
Qeyd edək ki, İspaniyada çempionla kubok sahibini üz-üzə gətirən Superkubok matçları 1982-ci ildən keçirilir. “Barselona” 10, “Real Madrid” 8 dəfə qalib olub. Kataloniya komandası son 3 ildə Superkuboku heç kimə verməyib.

2445