“Gəzəyən” Top Top Qız - FOTO
16 avqust 2012 13:02 (UTC +04:00)

“Gəzəyən” Top Top Qız - FOTO

Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda bu il ölkəmizdə təşkil olunacaq dünya çempionatının da təbliğatı aparılıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiyanı çempionatın Yerli Təşkilat Komitəsi təşkil edib.

Oyunu izləmək üçün stadiona gələn azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli və s. broşurlar paylanıb. Çempionatın rəsmi talismanı Top Top Qız oyun müddətində azarkeşlər arasında gəzib, fasilə zamanı meydançaya çıxaraq azarkeşləri salamlayıb, stadionda rəqs edərək onları əyləndirib.

Matçdan əvvəl və fasilə zamanı diktor Azərbaycan - Bəhreyn qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811

Oxşar yazılar