Azərbaycan Bəhreynə qarşı
Lent.az-ın məlumatına görə, rəqib Bəhreyn yığmasıdır.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq oyunu gürcüstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim George Vadaçkoriyaya yan xətt hakimləri qismində Giorgi Kruaşvili və Levan Varamişvili yardımçı olacaqlar. Oyun saat 18:00-da başlanacaq.
Bu, millimizin oktyabrın 7-də İsraillə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçı öncəsi son sınaq olacaq. Görüş öncəsi keçirdiyi mətbuat konfransında baş məşqçi Berti Foqts İsraillə Bəhrey yığmalarının eyni səviyyədə olmadıqlarını etiraf edib. Lakin onun fikrincə, məsul sınaq öncəsi ələ belə bir fürsətin düşməsi sevindiricidir və bu matçın keçirilməsi yaxşı haldır.
Bəhreyn yığmasının ingiltərəli baş məşqçisi Piter Teylor isə nəticəni önəmli saymayıb: “Azərbaycanla matçda yaxşı oynayıb uduzsaq belə, komandamdan razı qalacam. Futbolçularım texniki cəhətdən yaxşıdırlar. Amma fiziki baxımdan problemlərimiz var, 90 dəqiqə oynamağa hazır deyilik. Bizdə mövsüm dekabr və yanvarda başlayacaq. Məqsədimiz də həmin dövrdə keçirəcəyimiz oyunlara hazırlaşmaqdır”.
Qeyd edək ki, FİFA-nın avqustun 8-də açıqladığı son reytinq siyahısında İsrail 427 xalla 82-ci, Bəhreyn 331 xalla 102-ci, Azərbaycan isə 308 xalla 108-ci mövqedə qərarlaşıb.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39