Mondraqon 41 yaşında yığmaya çağırıldı
14 avqust 2012 11:48 (UTC +04:00)

Mondraqon 41 yaşında yığmaya çağırıldı

Türkiyənin “Qalatasaray” klubunun sabiq qapıçısı Fərid Mondraqon 41 yaşında futbol üzrə Kolumbiya milli komandasına çağırılıb. Lent.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Xose Pekerman Mondraqonu Uruqvay və Çili ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına dəvət edib.

Hər iki oyun sentyabrda keçiriləcək. Mondraqon bu dəvəti sevinclə qarşılayıb. O, yenidən verilən imkanı layiqincə dəyərləndirməyə çalışacağını bildirib.

Qeyd edək ki, Fərid Mondraqon 2001 – 2007-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Hazırda o, 1990-cı ildə peşəkar karyerasına başladığı Kolumbiyanın “Deportivo Kali” klubunda çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151

Oxşar yazılar