Olimpiada-2012: Bədii gimnastımız finalda!
Lent.az-ın məlumatına görə, 24 yaşlı idmançı bu uğura fərdi çoxnövçülük üzrə təsnifat mərhələsindəki uğurlu çıxışı sayəsində nail olub.
Ötən gün halqa və topla hərəkətlərin cəmində 55,800 xalla 5-ci yeri tutmuş Qarayeva avqustun 10-da gürz və lentlə çıxış edib. Gürzlə hərəkəti 27,850 xalla qiymətləndirilən gimnastımız 3-cü pilləyə yüksəlib. Lentlə hərəkətindən isə 28,200 xal alan təmsilçimiz mövqeyini qorumağı bacarıb. Beləliklə, hesabındakı xalların ümumi sayını 111,850-yə çatdıran Qarayeva ilk “10-luq”da yerini təmin edib. Yalnız rusiyalı Yevgeniya Kanayeva (116.000) və Darya Dmitriyevadan (114.525) geri qalan idmançımız finala adlayıb.
Həlledici mərhələyə avqustun 11-də Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.

1072