FİFA-nın yeni reytinqi: Azərbaycan yerində saydı
Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verməyib.
Aktivində 308 xalı olan millimiz 108-ci pillədə qərarlaşıb. Komandamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Lüksemburqu 2 pillə və 5 xal qabaqlayır. Digər rəqiblərə gəldikdə, Portuqaliya 1213 xalla 5-ci pillədə qalıb. Xallarını 1016-ya çatdıran Rusiya 2 pillə irəliləyib və 11-ci yerə yüksəlib. İsrail 427 xalla 82-ci mövqedə qalıb. 1 pillə irəliləyən Şimali İrlandiya isə 336 xalla 101-ci yerdə qərarlaşıb.
Siyahıya yenə İspaniya başçılıq edir. 1605 xala malik son Avropa çempionunu 1474 xalla yerində sayan Almaniya izləyir. 1 pillə irəliləyən İngiltərə (1294 xal) 3-cüdür. Əvəzində Uruqvay (1236 xal) 1 pillə geriləyib və 4-cü mövqeyə enib. Hazırda 735 xalla 30-cu olan Türkiyə də 1 pillə geriləyib.
Qeyd edək ki, növbəti reytinq cədvəli sentyabrın 5-də açıqlanacaq.

1237