“Qarabağ” İstanbula getdi - FOTOLENT
27 oktyabr 2020 17:02 (UTC +04:00)

“Qarabağ” İstanbula getdi - FOTOLENT

Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la qarşılaşacaq “Qarabağ” Azərbaycanı tərk edib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bir qədər əvvəl çarter reysi ilə qarşılaşmanın oynanılacağı İstanbula yola düşüb.

Qurban Qurbanov sabah oyunöncəsi son məşqini keçəcək. Ağdamlılar ölkədəki hərbi vəziyyətlə əlaqədar “Vilyarreal”ı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcəklər.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495
avatar

Oxşar yazılar